Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıbbackend

Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 69 nəfər dünyasını dəyişib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, koronavirusdan ölənlərin ümumi sayı 28 638 nəfərə çatıb.

Məlumata əsasən, ölkədə 9 891 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 711 479 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 947 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 578 181 nəfər təşkil edir.