Rusiya XİN-in üçtərəfli bəyanatla bağlı yaydığı açıqlamada hansı mesajlar verilib?- AÇIQLAMAbackend

Rusiya XİN-in üçtərəfli bəyanatla bağlı yaydığı açıqlamada hansı mesajlar verilib?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Rusiya Xarici İşlər Nazirliyi tərəfindən 2020-ci il noyabrın 10-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda imzalanmış bəyanatın bir illiyi ilə əlaqədar açıqlama yayılıb.
Rusiya XİN tərəfindən yayılan bu bəyanatın mətninə baxdıqda bir neçə məqam xüsusilə diqqəti cəlb etməkdədir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.


Politoloqun sözlərinə görə sözügedən bəyanatda qeyd edilmiş 3 məsələ vasitəsi ilə bəzi mesajları verməyə çalışır:

” Birincisi, rəsmi Moskva dəyişmiş regional reallıqları adekvat nəzərə alaraq beynəlxalq ictimaiyyətin mövcud potensialından səmərəli istifadənin tərəfdarıdır”.

“İkincisi, Rusiya sonrakı demarkasiyası üçün Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanmasına yardım etməyə hazırdır: “10 noyabr 2020-ci il tarixli bəyanatda mühüm müddəa qeyd edilib – regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması. Hesab edirik ki, problemin uzunmüddətli həlli Azərbaycan-Ermənistan- dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır”.

“Üçüncüsü, Rusiya tərəflərin tələbi ilə lazımi məsləhətçi yardımı göstərməyə, lazımi kartoqrafik materialı təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır”.

Samir Hümbətov qeyd edib ki, birinci mesajda deyilir ki, “rəsmi Moskva dəyişmiş regional reallıqları adekvat nəzərə alaraq beynəlxalq ictimaiyyətin mövcud potensialından səmərəli istifadənin tərəfdarıdır”. Rusiya XİN-ni tərəfindən verilən bu açıqlama Rusiyanın regionda baş verən hadisələri və onların nəticələrini dolayısı ilə qəbul etməsi, region dövlətlərinin, xüsusilə də Azərbaycan mövcud vəziyyəti ilə razılaşmalı olduğu anlamı kimi də qəbul edilə bilər:

“Həm də Dolayısı ilə Türkiyənin regiondakı varlığını qəbul etmiş olur. İkinci mesajda isə xüsusi qeyd edilən məsələ Rusiyanın demarkasiya prosesinin başlaması üçün Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə bağlı danışıqların başlanmasına yardım etməyə hazır olduğunu bildirməsidir. Yəni, “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda mühüm müddəa qeyd edilib ki, bu da regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişaf etdirilməsidir. Rusiya XİN hesab edir ki, problemin uzunmüddətli həllinə nail olmaq üçün Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyası vacib məsələdir”. Rusiya XİN-nin belə ifadə işlətməsi prezident Vladimir Putinin Valday klubunda çıxışı zamanı Ermənistan-Azərbaycan dövlət sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı söylədiyi fikirlərin davamı kimi də qiymətləndirilə bilər. Təbii ki, burada da Azərbaycanın maraqlarını gözardı etmək mümkünsüzdür.
Rusiya XİN-i tərəfində verilən bəyanatda diqqəti cəlb edən üçüncü vacib məqam “Rusiya tərəflərin tələbi ilə lazımi məsləhətçi yardımı göstərməyə, lazımi kartoqrafik materialı təqdim etməyə, zəngin demarkasiya təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır” ifadəsinin işlədilməsidir.
Bu üç məqama diqqət yetirən zaman Rusiyanın niyə belə mesajlar verdiyini başa düşmək mümkündür. Rusiya yaxşı başa düşür ki, II Qarabağ savaşından sonra onun “sülhməramlıları”nın regionda müvəqqəti dislokasiya olunmasına baxmayaraq əvvəlki nüfuzunun qalmayıb. Bununla paralel olaraq regionda Türkiyə kimi regional və qlobal güc də var Cənubi Qafqazda. Ona görə də, Rusiya bütün gücü ilə çalışır ki, uzun illər regionda yaratdığı mənfi imici müsbət imiclə əvəz edə bilsin. Bu məqsədlə kosmetik olsa da bəzi dəyişikliklər etməyə və addımlar atmağa çalışır”.

Siyasi analitik hesab edir ki,  regionun hazırkı vəziyyətini təhlil edərkən Azərbaycanın əldə etdiyi üstünlükləri Ermənistan kimi Rusiya da qəbul etməyə başlayır.

//Gülnarə Abasova, Editor.az