“Siyasətlə məşğul olsaydım, indi prezident olardım”backend

“Siyasətlə məşğul olsaydım, indi prezident olardım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç “Los Anceles Leykers”in basketbolçusu LeBron Ceymslə arasında yaşanan qalmaqalı xatırlayıb və siyasət, irqçilik haqqında danışıb. 

Qol.az xəbər verir ki, 40 yaşlı hücumçu “The Guardian”a açıqlamasında deyib:

“İdman insanları birləşdirir, siyasət isə bölür. Əgər irqçilikdən danışırıqsa, bu başqadır. İrqçiliklə razı deyiləm. Amma mən siyasətçi də deyiləm. Əgər siyasətlə məşğul olsaydım, indi prezident olardım. Mən LeBronu şəxsən tanımıram və onu mühakimə etməyi düşünmürəm. İrqçilərə qarşı nə hiss etsə,  haqlıdır. Çünki bu, 50 min insan sənə qaraçı deyəndə, eynidir. Amma mən siyasətlə məşğul deyiləm. Mən idmançıyam”.

Daha əvvəl isveçli oyunçu bildirmişdi ki, LeBron siyasətdə həddən artıq aktivdir və bunu etməməlidir. Ceyms isə cavab olaraq sosial ədalətsizlik və irqi problemlər qarşısında heç vaxt səssiz qalmayacağını söyləmişdi.