Gəncədə iki “VAZ 2106” markalı avtomobilin toqquşub. Hadisə nəticəsində sürücülərdən biri xəsarət alıb.
Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, qəza N.Gəncəvi prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. İlkin məlumata əsasən yaralı Gəncə şəhər 3 nömrəli Birləşmiş Xəstəxanasına aparılıb. Qəzanın baş verdiyi əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
//İlham, Editor.az