Böyük Britaniya iqtisadiyyatı üçün tənəzzül xəbərdarlığıbackend

Böyük Britaniya iqtisadiyyatı üçün tənəzzül xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada ölkə iqtisadiyyatının gələn il durğunluq riski altında olduğu bildirilib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə proqnozlar Britaniya Sənaye Konfederasiyasına (CBI) aiddir.

Bildirilib ki, ölkədə inflyasiyanın baş verməsi ölkə iqtisadiyyatını inkişafdan saxlayır. 2023-cü il üçün nəzərdə tutulan 3 faiz iqtisadi inkişaf 1faizə qədər endirilib. 2022-ci ildə ölkə iqtisadiyyatının inkişafı 3.7 faiz artacağı gözlənilirdi. Ancaq 2021-ci ildə “COVİD-19” virusu ilə əlaqədar olaraq istehsalatın dayanması gözləntilərin özünü doğrultmayacağını göstərir.

CBI 1950-ci ildən sonra ilk dəfə ailələrin büdcələrinin 2.2 faiz azalacağını bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az