Antonio Quterreş Vladimir Putinlə görüşübbackend

Antonio Quterreş Vladimir Putinlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinlə Ukrayna taxılının təhlükəsiz daşınması üçün imzalanmış sazişin genişləndirilməsini müzakirə edib.

Editor.az xarici mediaya əsasən xəbər verir ki, bu barədə BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında mətbuata açıqlama verən Quterreş bildirib.

Quttereş 2022-ci ildə ərzaq qıtlığının olmadığını, lakin gübrə bazaları normallaşdırılmadığı təqdirdə 2023-cü ildə problem yaşayacaqlarını qeyd edib. Bu ilki məhsul əkininin 2021-ci ildən az olduğuna dair xəbərlərə diqqət çəkən Quterreş bu il də həmin problemlərlə qarşılaşmamaq üçün Rusiyadan daşınacaq gübrələrin qarşısına çıxa bilən bütün maneələri aradan qaldıracağını vurğulayıb.

//Safura Bənnayeva, Editor.az