Türkiyə NATO-nu tərk edir?- Sensasion iddiabackend

Türkiyə NATO-nu tərk edir?- Sensasion iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə altı ay ərzində NATO-dan çıxacaq. Editor.az bildirir ki, bunu “Vətən” partiyasının sədr müavini Etem Sancak“Aydınlık” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, “Hadisələr bizi bu addımları atmağa vadar edir. NATO öz təxribatları ilə bizi bu hərəkətlərə məcbur edir. Nəhayət, qonşumuz Yunanıstanla üz-üzə qoymağa çalışır. Türkiyə 5-6 aya NATO-dan çıxacaq”, – siyasətçi bildirib. Sancakın qey edib ki, İsveçdə Quranın yandırılmasından sonra Türkiyənin NATO-dan çıxması “təcili və məcburi xarakter alıb”.

Belə ki, sorğulara əsasən, Türkiyə vətəndaşlarının əksəriyyəti (80%) ABŞ-ın ölkəyə qarşı düşmənçilik və dağıdıcı siyasət yürütdüyünə inanır. Bununla yanaşı, Rusiyaya rəğbət bəsləyən vətəndaşların faizi artır. “Xalq, getdikcə artan təhdidləri görür və bu baxımdan hökuməti qabaqlayır” – Sancaq deyib.

  //Samir Qurbanov, Editor.az