Co Bayden: Lazım olduğu qədər Ukraynanı dəstəkləcəyikbackend

Co Bayden: Lazım olduğu qədər Ukraynanı dəstəkləcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək.

Editor.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Konqresin hər iki palatasında çıxışı zamanı deyib: “Biz Ukraynanı dəstəkləməkdə həmrəyik. Və nə qədər lazımdırsa, sizinlə olacağıq”, – o vurğulayıb. Amerika liderinin sözlərinə görə,

Birləşmiş Ştatlar “ən yaxşı bildiyi işi” edir – NATO-nu birləşdirib, Ukraynaya qlobal yardım koalisiyasına rəhbərlik edir və Ukraynanı dəstəkləməkdə davam edir. O əlavə edib ki, Rusiyanın Ukraynadakı müharibəsi və koronavirus qlobal inflyasiyaya səbəb olub: “Pandemiya və Putin müharibəsi enerji və ərzaq təchizatını pozduğu üçün infilyasiya qlobal problemə çevrilib”, – Bayden deyib.

ABŞ prezidenti əmindir ki, Putinin Ukraynaya müdaxiləsi Amerikanın özü üçün vacib suallara cavab verməli olduğu bir sınaqdır: “Biz əsas fundamental prinsiplərimizə sadiq qalacağıqmı? Terrorla mübarizə aparacağıqmı? Demokratiyanı müdafiə edəcəyikmi? Bunlar çox vacibdir və bunun üçün təhlükəsizliyinizi təhdid edən təcavüzkarın hərəkətlərini dayandıraraq sülhü qorumaq lazımdır. Bəli, biz bunu edəcəyik və edirik”, – Bayden vurğulayıb.

  //Samir Qurbanov, Editor.az