Fevralın 10-da səhər saatlarında rus qoşunları tərəfindən Ukrayna ərazisinin kütləvi atəşə tutulması zamanı raketlərdən biri Moldovanın hava məkanına düşüb.
Editor.az bildirir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim Telegram-da məlumat verib. Onun sözlərinə görə, bir raket Moldova hava məkanına düşüb.
Daha əvvəl xəbər verildiyi kimi, fevralın 10-da səhər Ukraynada hava hücumu xəbərdarlığı elan edilib. Rusiya Federasiyası aviasiyanı havaya qaldırıb və “Kalibr” raket daşıyıcıları ola Rusiya gəmiləri dənizə çıxıb.
//Samir Qurbanov, Editor.az