Məşhurn DJ-dən İNSANLIĞA SIĞMAYAN davranış – Türkiyədəki zəlzələni lağa qoydubackend

Məşhurn DJ-dən İNSANLIĞA SIĞMAYAN davranış – Türkiyədəki zəlzələni lağa qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Capital FM-də çalışan və Britaniyanın ən məşhur DJ-lərindən biri kimi tanınan Ant Payn Türkiyənin Kahramanmaraş şəhərində baş verən və 40 mindən çox insanın ölümünə səbəb olan zəlzələ ilə bağlı ağılasığmaz zarafat edib.

Editor.az Musavat com-a istinadən xəbər verir ki, milyonlarla insana təsir edən zəlzələyə lağ edən Payn canlı yayımda deyib:

“Məncə, indi yaxın bir neçə il Türkiyəyə ucuz bilet axtarmaq üçün ideal vaxtdır. Orada olarkən plastik əməliyyatlara girə, dişlərinizi düzəldə bilərsiniz və 19 yaşında geri qayıdarsınız. Daha sonra yarışma proqramlarında iştirak edərsiniz”.

Bu sözlərdən sonra sosial mediada böyük reaksiya ilə üzləşən Payne sözlərinə aydınlıq gətirib:

“Bu sözlərim həssas deyildi. Proqramımda kimisə incitmək istəmirdim. Səmimi qəlbdən üzr istəyirəm”.

Peynin zəlzələni ələ salan bu sözlərindən sonra bir-birinin ardınca şikayətlər gəlib. Britaniyanın “The Sun” qəzeti Capital FM-in rəhbərlərinin də bu yayıma sərt reaksiya verdiyini bildirib. Xəbərdə Ant Paynin işdən çıxarılmayacağı, lakin bu sözlərin qəbuledilməz olduğu vurğulanıb.

“Bu sözlər onu nəinki duyğusuz göstərir, həm də bütün radionun xarakterini şübhə altına alır”, – adının açıqlanmasını istəməyən britaniyalı məmur bildirib.