“Bu günədək 2 sevgilim olub” – Emrelibackend

“Bu günədək 2 sevgilim olub” – Emreli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prodüser Anar Mədətovun oğlu, tanınmış futbolçu Mahir Emreli müsahibələri ilə diqqət çəkib.

Editor.az xəbər verir ki, olay Emrelinin “CBC Sport” kanalına sözlədiyi fikirləri təqdim edir:

– İlk və indiki maşınının markası nədir?

– İlk maşınım “Lada NİVA”, indi sürdüyüm “İNFİNİTİ”;

– Maşınının nömrəsi nədir?

– 99-MM-866;

– Menyunda nə yoxdur?

– Zeytun və balqabaq;

– Heç azarkeşlə dalaşmısan?

– Bəli. Yersiz tənqidə görə;

– Bu günə kimi neçə sevgilin olub?

– İki;

– Varlısan?

– Xeyr;

– Nə qədər pulun var?

– Hazırda cibimdə 100 manat var;

– Tanınmış olmağından istifadə etmisən?

– Harasa tələsəndə polis saxlayıb, demişəm ki, tələsirəm. Elə olub ki, buraxıblar, elə olub ki, yox;

– Tez-tez yol hərəkəti qaydalarını pozursan?

– Xeyr, çünki çox vaxt maşını özüm sürmürəm;

– Əsəbiləşəndə nə edirsən?

– Qışqırmağa başlayıram;

– Gizli istedadın var?

– Parodiya edə bilirəm;

– Haralısan?

– Zaqatalalı;

– Ən pis vərdişin nədir?

– Ayaqqabını corabsız geyinmək;

– Ən pis xasiyyətin nədir?

– Adi bir söz ola bilər. Amma onu pis qəbul edə bilərəm;

– Pleylistində ilk mahnın?

– Ben Fero – Babafingo;

– Ən son “Google”da nə axtarmısan?

– Özümü;

– Eqoistsən?

– Bəli;

– Karyeranın ən uğursuz zamanı nə vaxt olub?

– Keçən il;

– Azarkeşlərinə nə demək istərdin?

– Çalışacağam ki, bu il ümidləri doğruldum.

Milli.az