Azərbaycanın tanınmış alimi vəfat etdi – FOTObackend

Azərbaycanın tanınmış alimi vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda alim ölüb.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Bildirilib ki, Azərbaycan milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Rəşid Təhməzoğlu (Quliyev) dünyasını dəyişib. Onun 84 yaşı olub.

Qeyd edək ki, R.Quliyev 30 may 1939-cu ildə Zəngəzur mahalının Qafan bölgəsinin Yuxarı Girətağ kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Alimin 82 elmi əsərindən 35-i xaricdə çap olunub.

Rəşid Təhməzoğlu həm də poetik maraq dairəsi çox geniş olan çağdaş poeziyamızın tanınmış simalarından biri idi.