backend

Kütləvi zəhərlənmə ilə bağlı yeni xəbər: bəzi uşaqlar yenidən xəstəxanaya qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
AZXEBER.COM bildirir ki, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev modern.az-a bildirib ki, evə yazılan uşaqlardan bəziləri yenidən xəstəxanaya qayıdıb, həmçinin yeni müraciət edənlər də var:
“Ona görə də xəstəxanda olan uşaqların sayı tez-tez dəyişir”.
Mərkəz rəsmisi deyib ki, sudan götürülən analizlərin nəticəsinin bu gün axşam açıqlanacağı gözlənilir:
“Nəcis və qusuntu materiallarından götürülən analizlərin cavabı isə, yəqin ki sabaha bəlli olacaq”.
Qeyd edək ki, iyunun 10-da H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 130-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. İlkin ehtimal kimi onların sudan zəhərləndiyi bildirilib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) rəsmi açıqlama yayaraq, uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib.