backend

Bakıda avtomobilin vurduğu piyada evində öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda avtomobillə vurulan piyada evində ölüb.
Editor.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində yeni yaşayış massivində yaşayan Həsənov Sait Xəlil oğlu idarə etdiyi “Hyundai Santa fe” markalı 90 KP 052 dövlət nömrə nişanlı avtomobillə Biləcəri qəsəbəsi, Binəqədi yolu küçəsində yolu keçən piyada, 1978-ci il təvəllüdlü İsmayılov Binnət Məmməd oğlunu vuraraq hadisə yerindən qaçıb.
Yaralı kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin sınığı ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən sürücü tapılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə nəticəsində xəsarət alan piyada B. İsmayılov aprelin 1-də evində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddəsi ilə cinayət işi başlanıb.