Rusiya Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulub.
millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” sonuncu -30-cu turda səfərdə SSKA ilə qarşılaşıb. Azərbaycanlı forvardın start heyətdə meydana çıxdığı və 90 dəqiqə oynadığı matçda Samara təmsilçisi 0:6 hesabı ilə uduzub.
Qeyd edək ki, mövsümü 28 xalla 13-cü pillədə başa vuran “Krılya Sovetov” elitada qalmaq üçün birinci liqada 4-cü sıranı tutan “Nijniy Novqorod” ilə “play-off” oyununa çıxacaq.
//qol.az