Parlamentin buraxılması Konstitusiyaya uyğundur – EKSPERT DETALLARI AÇIQLADIbackend

Parlamentin buraxılması Konstitusiyaya uyğundur – EKSPERT DETALLARI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var. 
Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib.
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Dekabrın 2-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclasında Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Azərbaycan Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul edilməsi haqqında qərar çıxarılıb. Sorğuya Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.

Sahib Məmmədov: “Parlamentin buraxılmasının hüquqi və sosial-siyasi aspektləri var”

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov Sherg.az-a açıqlamasında bildirib ki, parlamentin buraxılmasının hüquqi və sosial-siyasi aspektləri var:
“Hüquqi baxımdan belədir ki, ölkəmizdə parlamentin buraxılma institutu yox idi. 2016-cı ildə Konstitutsiyada referendum yolu ilə dəyişiklikdən sonra Konstitutsiyaya yeni bir maddə əlavə olundu. Həmin maddədə parlamentin buraxılmasının hüquqi əsasları müəyyən edildi. Elə ölkələr var ki, orada parlamentin buraxılmasının yolları var. Məsələn, parlamentli ölkələrdə parlamentin buraxılması, prezident üsul-idarəsi olan ölkələrdə parlamentin buraxılma qaydası, parlamentin özü-özünü buraxma proseduru və parlamentin icra hakimiyyəti orqanı tərəfindən buraxılması. Ölkəmizdə sonuncu buraxılma yolu mövcuddur. Yəni, prezident üsul-idarədir və parlamenti Prezident buraxa bilər. Bunun səbəbləri də Konstitutsiyada qeyd olunub”.
Ekspert bildirib ki, bəzən parlamentlərin buraxılmasında hökümət krizisi əsas rol oynayır:
“Real olaraq belə bir böhran olur və parlament buraxılaraq yenidən seçkilərə gedir. Bir də var ki, parlament çoxluğu olan partiya süni böhran yaradır. Bu, adi bir praktikadır və beləliklə parlamentin buraxılmasına nail olurlar. Parlament özü-özünü buraxa bilirsə, buraxır. Yox əgər buraxa bilmirsə, o zaman icra hakimiyyəti məcbur olaraq parlamenti buraxır. Bizdə də belə bir praktikaya baş vuruldu. Hakim partiya mandatdan imtina etmək yolu ilə parlamentdə səs azlığı yaratmaq təşəbbüsü ilə çıxış etdi. Amma son nəticədə görünür ki, onlar Prezidentə müraciət elədilər. Prezident isə parlamentin müraciətini təmin etmək üçün Konstitutsiyada sorğu vermək hüququndan istifadə etdi. Konstitutsiyanın 134-cü maddəsinin 4-cü bəndinə əsasən Prezidentin sorğu vermək hüququ var. Prezident bu hüququndan istifadə edərək Konstitutsiya Məhkəməsinə sorğu verir. Konstitutsiya Məhkəməsi məsələni şərh edərək Konstitutsiyaya uyğunluğunu müəyyən edərək qərar qəbul edəcək. Bundan sonra isə parlamentin buraxılıb-buraxılmamasına baxılacaq. Daha sonra isə qərarı Prezident qəbul edəcək. Konstitusiya Məhkəməsinin və Prezidentin ona əsaslanan qərarından sonra artıq yeni parlament seçkilərinin keçirilib-keçirilməməsi bəlli olacaq. Tendensiya onu göstərir ki, yəqin belə də olacaq. Yəni, yeni parlament seçkiləri keçiriləcək”.
S.Məmmədov parlamentin buraxılmasının sosial-siyasi tərəflərini də vurğuladı:
“Ölkəmizdə 2016-cı ildən sonra Konstitutsiyaya ciddi dəyişikliklər olub. Yeni institutlar, o cümlədən parlamentin buraxılması institutu yaradılıb. 2018-ci il prezident seçiləndən sonra islahatlar kursunun yeni dalğalsı başladı. İslahatların başlamasının bir qolu icra hakimiyyətinin şəxsində ali icra hakimiyyətinə rəhbərlik edən prezidentdir. Bu məsələlərin dərinləşməsi üçün qanunverici orqanın iştirakı lazımdır. Bu günkü parlament bu tələblərə cavab verir ya yox, bununla bağlı cəmiyyətdə çoxlu fikirlər var. Əsas fikir də ondan ibarətdir ki, islahatların yeni dalğasında yeni əhval-ruhiyyəli və islahatlara köklənmiş parlament olmalıdır. Mən də bunun tərəfdarıyam. Ona görə də hesab edirəm ki, parlamentin buraxılması həm siyasi, həm də hüquqi baxımdan əsaslandırılmış bir qərardır”.