Ağ Ev: Moskva Rusiya və Ukraynada konsentrasiya düşərgələri qurubbackend

Ağ Ev: Moskva Rusiya və Ukraynada konsentrasiya düşərgələri qurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin sözçüsü Karine Jean-Pierre Rusiya administrasiyasının Ukraynanın şərqində və Rusiyanın qərbində konsentrasiya düşərgələri qurduğuna, minlərlə ukraynalını həbs etdiyi, dindirdiyi, bəzən zorakılığa məruz qoyduğu və təhqir etdiyinə dair kəşfiyyat məlumatlarının olduğunu bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Jean-Pierre Ağ Evdəki gündəlik mətbuat konfransında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (UNSC) Rusiyanın assimilyasiya kampaniyaları ilə bağlı iclas keçirildiyini qeyd edib. Bu düşərgələrin daha əvvəl Amerika mətbuatında da xəbərlərdə əks olunduğuna diqqət çəkən Jean-Pierre vurğulayıb ki, Bu gün BMT-dəki daimi nümayəndə Linda Tomas-Qrinfild BMGK-ya rusların adlarının açıqlanacağı hesabatını təqdim edəcək. Rusiya dövlət rəsmiləri hədəfə alınacaq ukraynalıların adlarını verəcəklər. Jean- Pierre Kremlin bu davranışlarının Ukraynanı ilhaq etmək üçün atılan addımların bir hissəsi olduğunu bildirib. Eyni zamanda o, qeyd edib ki, bundan başqa, BMT və müstəqil müşahidəçilər, insan haqları müşahidəçiləri , təşkilatların bu düşərgələrə daxil olmasına icazə verilməsini tələb edəcək.

//Gülnarə Abasova, Editor.az