Akademiyanın rəisi: “Bu Ali Baş Komandandan gözlənilən addım idi”backend

Akademiyanın rəisi: “Bu Ali Baş Komandandan gözlənilən addım idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun həm beynəlxalq həm də diplomatik aləmdə uğurlu və qətiyyətli  siyasət həyata keçirən prezidenti var’’.

Bu sözləri Editor.az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov deyib.

Rəis bildirib ki,  Azərbaycan dövlətinin coğrafi mövqeyini, beynəlxalq münasibətlər sistemindəki rolunu nəzərə alsaq, ölkəmizin idarəçilik sisteminin bir o qədər asan olmadığı bəlli olar: “Olduqca mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünün  qoruyub saxlamağın özü böyük məharət, qeyri adi siyasi səriştə, dünyada gedən siyasi prosesləri zərgər dəqiqliyi ilə qiymətləndirmə bacarıqları tələb edir. Cənab Prezident İlham Əliyev bütün bu xususiyyətləri özündə birləşdirən nüfuzlu siyasətçidir”.

Qulu Novruzov deyib ki, Böyük Vətən Müharibəsində Prezidentin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanda xalq- dövlət birliyini təmin etdi: “Şübhəsiz ki, bu amil də ön cəbhədə döyüşən qəhrəman hərbiçilərimiz üçün böyük stimul oldu. Ölkəmiz tarixi torpaqlarını geri qaytardı, ərazi bütövlüyümüz bərpa edildi. Bugün düşmən ölkədəki vəziyyət ortadadır. Xaos, anarxiya, mərkəzdənqaçma meylləri Ermənistanı böhrana aparır”.

Rəis qeyd edib ki, Prezident İlham Əliyevin doğum günü ərəfəsində Qubadlıda Azərbaycan əsgərləri ilə görüşməsi Ali Baş Komandandan hər zaman gözlənilən bir davranışdır: “Bu ilk dəfə deyil ki, belədir. Prezident özü üçün əlamətdar olan gündə əsgər və zabitlərimizin yanında olmaqla, dünyaya bir daha sübut edir ki, Ali Baş Komandan kimi o hər zaman Ordunun yanındadır. Bu amil cəbhədəki qələbələrimizi təmin edən ən vacib detaldır”.