Aleksey Danilov: ruslar Zaporojye atom elektrik stansiyasını partlatacaqlarbackend

Aleksey Danilov: ruslar Zaporojye atom elektrik stansiyasını partlatacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bildirib ki, rusların Zaporojye atom elektrik stansiyasını partlatma qərar verməsi ehtimalı böyükdür.

Editor.az-ın məlumatına görə, o, bunu “Radio NV”nin efirində deyib. “Oranı (stansiyanı) silahlı terrorçular ələ keçirib və texnikanı həmin əraziyə aparıblar. Əgər biz indi orada onlarla məsələni həll etməyə başlasaq, onların onu partlatmağa qərar vermə ehtimalı var”, – Danilov deyib. O, bunun artan təhlükə obyekti olduğunu vurğulayıb. “Allah eləməsin, orada hansısa nüvə fəlakəti baş verərsə, onda deyə bilərəm ki, Çernobılda baş verənlər Zaporojye AES-də baş verə biləcəklərlə müqayisədə xırda çiçəklər kimi görünəcək… Çünki bu, Avropanın ən böyük atom elektrik stansiyasıdır və orada altı nəhəng enerji bloku var”, – Danilov vurğulayıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin sözlərinə görə, dünya bu problemlə məşğul olmaq istəmir. Xüsusilə, MAQATE Zaporojjya AES-də hadisələr başlayan ilk gündən reaksiya verməli idi, lakin “harasa yox oldular”. Danilov qeyd edib ki, indi bütün dünya rus işğalçılarının stansiyanın ərazisini tərk etməsini və onun Ukraynanın nəzarətinə keçməsini tələb etməlidir.

    Samir //Editor.az