Almaniya kansleri Şolz: “Rusiyadan təbii qaz idxalını dayandırmayacağıq”backend

Almaniya kansleri Şolz: “Rusiyadan təbii qaz idxalını dayandırmayacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolz Essen şəhərinə rəsmi səfəri zamanı təbii qaz qıtlığı və enerji böhranı ilə bağlı açıqlamalar verib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Olaf Şolz ölkəsinin Rusiyadan qaz alışını tamamilə kəsməyəcəyini bildirib.

Şolz ölkəsinin qazın yeraltı anbarlarda saxlanması, istilik elektrik stansiyalarının istismarı və mayeləşdirilmiş təbii qaz (LNG) terminalının tikintisi kimi müvafiq qərarlar qəbul etdiyini bildirib. O, Almaniyanın enerji asılılığının qarşısını almaq üçün qaz idxal infrastrukturunu genişləndirməsi lazım olduğunu da diqqətə çəkib.

Olaf Şolz əlavə edib ki, Almaniyanı Fransa və ya İtaliya vasitəsilə İspaniya və Portuqaliyaya birləşdirə biləcək qaz kəmərləri qlobal enerji bazarını və Berlinə dəstək olacaq.

//Gülnarə Abasova, Editor.az