Almaniyanın Rusiyaya ixracı 45,8 faiz azalıbbackend

Almaniyanın Rusiyaya ixracı 45,8 faiz azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya hücumundan sonra tətbiq edilən embarqolar səbəbindən Almaniyanın Rusiyaya mal ixracı 45,8 faiz azalıb.

Editor.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, Almaniyanın mal ixracatı avqust ayında illik müqayisədə 23,1 faiz artaraq 128,7 milyard avroya çatıb. Almaniyanın mal idxalı isə əvvəlki ilin eyni dövrünə görə yüzdə 38,1 artaraq 128,4 milyard Avroya çatıb. Almaniyanın xarici ticarət balansı avqustda 0,3 milyard avro təşkil edib. 2021-ci ilin avqustunda Almaniyanın cari profisiti 11,6 milyard avro təşkil edib. Almaniyanın Rusiyaya ixracı illik müqayisədə 45,8 faiz azalaraq 1,2 milyard avroya düşüb. ABŞ-a ixrac 42% artaraq 13,3 milyard avroya çatıb.

//Gülnarə Abasova, Editor.az