Ankarada böyük mitinq keçirildi: “Bütün xain planlar və Türkiyəyə qarşı çevrilən siyasi ssenarilərə baxmayaraq…”backend

Ankarada böyük mitinq keçirildi: “Bütün xain planlar və Türkiyəyə qarşı çevrilən siyasi ssenarilərə baxmayaraq…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünənki mitinq Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinə olan etimadının göstəricisidir. Minlərlə insanın Ankarada Ərdoğanın görüşünə gəlməsi onun türk cəmiyyətində olan nüfuzunu təsdiqləyir”.

Bu sözləri politoloq Tural İsmayılov Editor.az-a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərinə hazırlıq məqsədilə bazar günü Ankarada keçirdiyi böyük mitinqlə bağlı fikirlərini bölüşərkən deyib.

Siyasi analitikin sözlərinə görə, Türkiyə artıq regional gücdən qlobal güc faktoruna çevrilib. O, bildirib ki, Ankaranın irəli sürdüyü siyasi qərarlar dünyanın bir çox coğrafiyalarında vacib rol oynayır:

” Bir çox ölkələr Ankara ilə hesablaşmadan qərarlarına istinad etmədən hansısa önəmli siyasi prosesə başlamır. 14 may Cümhuriyyət tarixinin ən önəmli seçkilərindən biri olacaq. Türk xalqı qlobal imperializmə və eyni zamanda, Türkiyəyə qarşı çevrilən xain proyektlərə qarşı tək yumruq olmağı bacaracaq. Bu prosesdə isə Rəcəb Tayyib Ərdoğan, onun rəhbərlik etdiyi AK Parti və Milliyətçi Hərəkat Partiyasından təşkil edilən “Cümhur İttifaqı” önəmli əhəmiyyətə malikdir. Dünənki mitinq bir daha göstərdi ki, bütün xain planlar və Türkiyəyə qarşı çevrilən siyasi ssenarilərə baxmayaraq Rəcəb Tayyib Ərdoğanın nüfuzu və siyasi avtoriteti ölkəsində hələ də güclüdür. Həsab edirəm ki, 14 may seçkilərində Cümhur İttifaqı növbəti dəfə Türkiyədə iqtidarı qazanacaq”.

//Gülnarə Abasova, Editor.az