Ata və üç övladının həlak olduğu qəzanın görüntüləri – VİDEObackend

Ata və üç övladının həlak olduğu qəzanın görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Şəkidə ağır yol qəzası baş verib.

Editor.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində sürücü və avtomobildə olan 3 azyaşlı ölüb, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzada ölənlər bir ailənin üzvü olublar.

Belə ki, qəzada ölənlər 34 yaşlı Nicat Mirzəyev və övladları 2012-ci il təvəllüdlü Nuray Mirzəyeva, 2013-cü il təvəllüdlü Aysun Mirzəyeva və 2021-ci il təvəllüdlü Uğuz Mirzəyev olub.

Uşaqların anası 31 yaşlı Nürəddin Mirzəyeva isə ağır dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzanın görüntülərini təqdim edirik.