Məşhur braziliyalı futbolçu 58 yaşında karyerasına yenidən başlayıbbackend

Məşhur braziliyalı futbolçu 58 yaşında karyerasına yenidən başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın və Braziliya millisinin sabiq hücumçusu Romario bundan sonra Rio-de-Janeyronun Amerika klubunda çıxış edəcək.

Editor.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. “Rəsmi qeydiyyatdan keçmişəm. Mən əziz “Amerika”ya bir neçə matçda kömək etməyə və təbii ki, arzumu həyata keçirməyə və meydanı oğlumla bölüşməyə hazıram”, – Romario yazıb.

Qeyd edək ki, 58 yaşlı Romario Amerikanın prezidentidir. Klub Rio de Janeyro Ştat Çempionatının ikinci divizionunda çıxış edir. Hücumçu karyerası boyunca PSV, “Barselona”, “Flamenqo” və “Valensiya”da çıxış edib. Dopinq qalmaqalından sonra, 2008-ci il aprelin 15-də Romario idman karyerasını bitirdiyini rəsmən elan edib. Barselona ilə Romario üç dəfə Hollandiya, iki dəfə İspaniya çempionu olub. Braziliya millisinin heyətində yer alan hücumçu 1994-cü ildə Dünya Kubokunun, 1989 və 1997-ci illərdə Amerika Kubokunun, 1988-ci ildə Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

//Gülnarə Abasova, Editor.az