Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin tərtibində 3 variant var- ŞƏRHbackend

Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin tərtibində 3 variant var- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton, Brüssel və Moskvada üç müxtəlif sülh planı var”.

Bu fikri Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Rusiyanın irəli sürdüyü variantda rus sülhməramlılarının birmənalı şəkildə Qarabağ bölgəsində qalması təklif olunur:

“Təbii ki, bundan əlavə də şərtlər var. Məsələn, şərtlərdən biri kimi sərhədlərin demakrasiyasında Rusiya hərbi xəritələrindən istifadə edilməsi nəzərdə tutulur. Rus hərbiçiləri uzun müddət bölgədə qalarsa, bu, sülh müqaviləsi yox, sadəcə Moskvanın öz maraqlarını həyata keçirməyə çalışdığı bir sənəd olacaq. Ona görə də bu məsələ Azərbaycan tərəfindən məqbul deyil və qəbul edilməyəcək “.

Politoloq Avropa İttifaqının təklif etdiyi sülh variantını da diqqətə çəkib:

“Bu variant tərəflərin razılığa gəlməsi və müzakirəyə çıxartdıqları məsələlərin nəticəsində ortaq aldıqları qərarlardır. Əsas məsələlər isə qarşılıqlı sülhün təmin olunması, Avropa enerji daşıyıcılarının Azərbaycandan alınmasının asanlaşdırılması və təhlükəsizliyin təmin olunmasıdır. Amma Avropa İttifaqı Zəngəzur dəhlizi məsələsinə elə də ciddi yanaşma nümayiş etdirmir “.

Samir Hümbətov danışıqlarla bağlı ABŞ-dakı yanaşmaya da toxunub:

“Vaşinqton sülh danışıqları prosesində daha çox tərəflərin özlərinin bir araya gələrək razılıq əldə etməsini istəyir. Sonda məqbul variantın kim tərəfindən irəli sürüləcəyini gözləyirik. Fikrimcə, Qərbin irəli sürdüyü variant daha məqsədə uyğundur. Ola bilər ki, Avropa İttifaqı da Zəngəzur dəhlizin açılması məsələsində maraqlıdır. Ümumiyyətlə isə Rusiyanın irəli sürdüyü təklif Azərbaycan üçün qəbuledilməzdir. Rəsmi Bakı rus sülhməramlılarına 5 il müddət verib. Bunun artırılması isə mümkün deyil.

Moskvada aparılan danışıqların da nəticə verəcəyinə inanmıram. Rusiya bölgədən əl çəkməsə, burada sülh danışıqlarının baş tutması da inandırıcı deyil “.

//Safura Bənnayeva, Editor.az