Azərbaycanda dəhşətli qəza – 3 nəfər öldü – YENİLƏNİB – FOTObackend

Azərbaycanda dəhşətli qəza – 3 nəfər öldü – YENİLƏNİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub, 3 nəfər ölüb.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “KamAZ” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və “VAZ 2105” markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və “VAZ 2105” markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.

Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.

Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır.

Beyləqan rayonunda yük avtomobili aşıb, sürücü ölüb.

Editor.az  APA-ya istinadən bildirir ki, sürücü idarəetməni itirib, nəticədə avtomobil körpüdən dəmir yolu xəttinin üzərinə aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.