Azərbaycanlı polis bu addımı ilə GÜNDƏM OLDU – VİDEObackend

Azərbaycanlı polis bu addımı ilə GÜNDƏM OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Bakı metrosunda lentə alınan daha bir görüntü yayılıb.

“Əhmədli” metrostansiyasında çəkilən videoda, polis əməkdaşlarından biri görmə məhdudiyyətli şəxsə kömək edir.

İş vaxtının bitməsinə baxmayaraq o, sadə vətəndaşdan yardımı əsirgəmir. Ağsaqqaldan hansı tərəfə getdiyini soruşur və onun əlindən tutuaraq onu dediyi istiqamətə aparır.

Sözügedən görüntülər sosial şəbəkəlrədə yayılaraq gündəm olub. İstifadəçilər xeyirxah polisin bu addımının təqdirəlayiq olduğunu vurğulayıblar.

Videonu aparıcı Aytən Səfərova sosial şəbəkə hesabında yayımlayıb.