Bakıda gənclərin “ölüm oyunu”na DİN-dən reaksiya – YENİLƏNİB – VİDEObackend

Bakıda gənclərin “ölüm oyunu”na DİN-dən reaksiya – YENİLƏNİB – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır. “Hazırda araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq”, – məlumatda vurğulanıb.

——–

07:07

Bakıda gənclər sürücülər üçün təhlükə anlar yaşadıblar.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sədərək ticarət mərkəzinin yaxınlığında baş verib.

Belə ki, naməlum şəxslər təpədən magistral yola təkər yuvarladaraq sürücülərin həyatı üçün ciddi təhlükə yaradıblar.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.