Bakıda manatlıq taksilərin “qovma şousu” faciə ilə nəticələndi – Ölənlər varbackend

Bakıda manatlıq taksilərin “qovma şousu” faciə ilə nəticələndi – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında Bakıda ağır avtomobil qəzası baş verib.

Hadisə şahidlərinin “Trend”ə verdiyi xəbərə görə, qəza Sabunçu rayonu Pirşağı-Məmmədli yolunda qeyd alınıb.

Məlumatda bildirilir ki, manatlıq taksilərin sərnişin götürmək üçün “qovma şousu” onlardan birinin qarşı yola çıxması ilə nəticələnib. Nəticədə manatlıq taksi ilə qarşıdan gələn avtomobil bir-birinə çırpılıb.

Şahidlərin dediyinə görə, qəza zamanı iki nəfər hadisə yerində dünyasını dəyişib.