Bakıda oğul anasını və onun sevgilisini bıçaqlayıbbackend

Bakıda oğul anasını və onun sevgilisini bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunda ailə-məişət zəminində münaqişə zamanı iki nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Belə ki, Qum adası ərazisində 1982-ci il təvəllüdlü Aynurə Zəkəriyyə qızı Kazımova yaşadığı evdə 1989-cu il təvəllüdlü Ramil Rauf oğlu Hüseynov ilə görüş təşkil edib.

Həmin vaxt evə gələn A.Kazımovanın oğlu əvvəlcə R.Hüseynovun döş qəfəsinə bıçaq zərbəsi vurub. Daha sonra anasının sağrı nahiyəsinə bıçaq xəsarəti yetirib.

Hadisəni törədən şəxs 103 zəng mərkəzinə məlumat verdikdən sonra polis bölməsinə gedib, könüllü təslim olub.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

R.Hüseynovun vəziyyəti ağır kimi qiymətləndirilir.