Bakıda qəza – “Prius”çevrilərək aşdı – VİDEObackend

Bakıda qəza – “Prius”çevrilərək aşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxtın Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, “Toyota Prius” markalı maşınla digər minik avtomobili toqquşub. Nəticədə “Prius” aşıb. Hazırda qəza səbəbindən Azadlıq prospekti ilə kəsişmədən üzü metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub və sıxlığın aradan qaldırılması üçün işlər görülür.(BAKU.WS)