Baku TV 5 yaşında – VİDEObackend

Baku TV 5 yaşında – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Baku TV-nin yaranmasından 5 il keçir.

Baku TV 5 il əvvəl ilk və dəqiq xəbər mənbəyi olmaq üçün yola çıxdı. Hadisə yerindən reportajları, eksklüziv süjet və müsahibələri, peşəkar yanaşması ilə izləyicisinin güvənini qazanmağı bacardı.

Qısa zamanda kiçik komanda ilə böyük uğurlara imza atan Baku TV-nin auditoriyası müəllif verilişləri və araşdırmaları sayəsində daha da genişləndi.

“Qarabağ xronikası”nda ermənilərin iç üzünü açan faktlar ortaya qoyuldu, “Üzbəüz”lə ölkə gündəmindəki ən önəmli hadisələr ekspertlərlə müzakirə olundu, “Arzunun vaxtı”nda ən qəribə həyat hekayələri işıqlandırıldı, tarixi torpaqlarımızın adının yaşadılması üçün isə “Qərbi Azərbaycan xronikası” layihəsinə start verildi.

Kanalın rus redaksiyası isə artıq 2 ildir fəaliyyət göstərir. Baku TV Ru-nun Azərbaycanla bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yaşayan rusdilli auditoriyaya çatdırılmasında böyük rolu var.

Naxçıvan Muxtar Respublikasında bürosunu açan Baku TV bununla da ölkənin bütün bölgələrindən operativ xəbər vermək məqsədinə nail oldu. Həmçinin kanalın ABŞ, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və digər ölkələrdəki xüsusi müxbirləri son məlumatları izləyicilərə çatdırır.

Baku TV komandası artıq öz yetişdirdiyi gənclərlə böyüyür. Müasir mediada çalışmaq istəyən, jurnalistikaya marağı olanlar üçün başladılan “Baku TV Rəqəmsal Media Məktəbi” savadlı, istedadlı gəncləri kəşf edərək bir araya toplayır. Azərbaycan mediasına yeni simalar qazandırmağı hədəfləyən layihənin bir neçə məzunu artıq burada çalışır.

Son bir ildə ard-arda qazandığı uğurları ilə yadda qalan kanal 2022-ci ilin noyabr ayında Audiovuzual Şuranın verdiyi lisenziya əsasında kabel televiziyalarında yayımlanmaq imkanı əldə etdi. İlk olaraq “Connect TV”də yayıma başlayan kanalı tezliklə digər kabel televiziyası abunəçiləri də izləyə biləcək.

“Global Media Group”un tərkibində olan Baku TV 2022-ci ilin dekabrında ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görüldü.

Editor.az kollektivi Baku TV-də işləyən həmkarlarını təbrik edir və onlara bol-bol uğurlar arzulayır!