Baş nazir Türkiyəyə qarşı düşmənçilikdə zirvəyə qalxdı – Xəritəni göstərdibackend

Baş nazir Türkiyəyə qarşı düşmənçilikdə zirvəyə qalxdı – Xəritəni göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dialoq zəmininin formalaşmasından sonra Afinanın təxribatçı davranışları ilə Türkiyə-Yunanıstan xəttində gərginlik yenidən artıb. Yunanıstan Baş naziri Kiryakos Mitsotakisin ABŞ Konqresində Türkiyəni hədəf alması və “F-16”ların tədarükünün qarşısını almaq üçün lobbiçilik etməsi Ankaranı qəzəbləndirib.

Avropa Birliyinin zirvəsi başlamazdan əvvəl jurnalistlərin qarşısına çıxan Mitsotakis Türkiyəyə qarşı düşmənçiliyini davam etdirib.

Baş nazir Türkiyənin addımlarını “Şərqi Aralıq dənizində sabitliyi pozan amil” adlandırıb və Yunanıstanın güclü müttəfiqlərinin olduğunu deyərək, Ankaranı hədələyib.

Zirvə çərçivəsində bir sıra Avropa dövlətlərinin liderləri ilə görüşən Mitsotakisin Türkiyə ilə bağlı narahatlığını xəritədə göstərdiyi bildirilib.

Yunanıstanın AMNA xəbər agentliyinin məlumatına görə, Mitsotakis sammitdə Türkiyə əleyhinə açıqlamalar verib, təqdimatlar edib.

Yunan baş nazir alman həmkarı Olaf Şolzla görüşündə Ankaranın addımlarından narahat olduğunu bildirib, ona xəritə göstərərək Türkiyənin “Mavi Vətən” doktrinasını tənqid edib. Mitsotakisin təxribatçı səylərinə baxmayaraq, Şolz Türkiyə əleyhinə ifadə işlətməyib və iki ölkəni dialoqa çağırıb.

Teleqraf.com