Bayden ailəsi 2023-cü ildə nə qədər gəlir əldə edib?backend

Bayden ailəsi 2023-cü ildə nə qədər gəlir əldə edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden və həyat yoldaşı Cill 2023-cü ildə 620 min dollar qazanıblar.

Editor.az xəbər verir ki, bu barədə Ağ Ev vergi bəyannamələrinə istinadən məlumat verib. Bu məbləğdən ər-arvad 23,7% dərəcəsi ilə 146,6 min dollar məbləğində federal gəlir vergisi ödəyiblər. Co Bayden və həyat yoldaşı evlərinin yerləşdiyi Delaver ştatında təxminən 30,9 min dollar vergi ödəyiblər. Cill Bayden də ötən il Virciniya ştatında 3500 dollar vergi ödəyib. Bunun 5 min dolları mərhum oğlunun adını daşıyan Beau Bayden Fonduna gedib.

Qeyd edək ki, 2022-ci ildə ailənin illik gəliri 579,5 min dollar təşkil edib. “Bloomberg”in qeyd etdiyi kimi, 2023-cü ildə gəlirin artması Şimali Virciniya İcma Kollecinin professoru Cil Baydenin maaşının artması ilə bağlıdır. Sosial təminat müavinətlərinin artması səbəbindən gəlir də artıb.

//Samir Qurbanov, Editor.az