Baydenin dərdi Ukrayna deyil, seçkidir…backend

Baydenin dərdi Ukrayna deyil, seçkidir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayden administrasiyası Səudiyyə Ərəbistanı və digər  OPEC üzvlərini neft hasilatının azaldılmasını elan etməzdən əvvəl daha bir ay gözləməyə çağırıb. Əgər OPEC+ Baydenin istəyinə əməl etsəydi, hasilatın azaldılması ABŞ-da noyabrda keçiriləcək  seçkilərdən sonraya salınacaqdı.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Bayden administrasiyası hasilatın azaldılmasına etirazlarını Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsini dəstəkləməsinə mane olmaq kimi əsaslandırıb.

Bununla belə, səudiyyəlilər  etirazları “seçki öncəsi mənfi xəbərlərdən qaçmaq üçün Bayden administrasiyasının siyasi qumar oyunu” kimi qiymətləndirərək tələbi rədd ediblər. ABŞ-da ara seçkiləri öncəsi Bayden administrasiyasının ən əhəmiyyətli kartının enerji və yanacaq qiymətlərinin aşağı düşməsi və inflyasiyanın artımını dayandırması olsa da OPEC+ toplantısında hasilatın 2 milyon barrel azaldılması qərarının suya düşdüyü şərh edilib.
 
//Safura Bənnayeva, Editor.az