BEA: Çin qaz bazarında Avropa üçün ən böyük təhlükədirbackend

BEA: Çin qaz bazarında Avropa üçün ən böyük təhlükədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın qaz bazarının optimal işləməsi üçün ən böyük təhlükə hazırda Çin tərəfindəndir.

Editor.az Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadla xəbər verir ki, Çin iqtisadiyyatı koronavirus bəlasından qurtulduğu üçün Pekin bu cür yanacağa daxili tələbatı sürətlə artıracaq ki, bu da xammal tədarükünün Asiya-Sakit Okean regionuna yönləndirilməsinə təsir göstərə bilər.Çinin sənaye sektorundakı məhdudiyyətlər, nisbətən əlverişli qış hava şəraiti ilə birlikdə qaz qiymətlərinin 2022-ci ildəki maksimum bahalaşmadan 80% ucuzlaşmasına səbəb olub. Bu amillər Rusiyadan xammal tədarükünün kəskin azalması fonunda Avropaya qışdan sakit çıxmağa imkan verib.

Bununla belə, IEA xəbərdarlıq edir ki, vəziyyət 2023-cü ildə əhəmiyyətli dərəcədə dəyişə bilər. Bildirilib ki, Çin bu il qaz idxalını ən azı 35% artıracaq.

Qeyd edək ki, bu gün Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bəyan edib ki, Avropa İttifaqının (Aİ) Rusiyadan qaz tədarükündən asılılıq səviyyəsi azalır. 12 ayda Rusiya boru kəməri ilə qaz nəqli 155 milyard kubmetrdən 62 milyard kubmetrə qədər azalıb.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!