Benyamin Netanyahu məhkəməyə getmək istəmirbackend

Benyamin Netanyahu məhkəməyə getmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin Baş naziri Benyamin Netanyahu bu həftəyə planlaşdırılan korrupsiya üzrə məhkəmənin təxirə salınmasını istəyib.

“Əl-Cəzirə”nin məlumatına görə, məhkəmə siyasətçinin xahişini təmin edib. Netanyahunun məhkəmədəki nümayəndəsi qərarı təhlükəsizlik və diplomatik narahatlıqlarla əlaqələndirib. Qeyd edək ki, Netanyahunun məhkəməsi bir neçə dəfə təxirə salınıb. Siyasətçi 2019-cu ildə başlanan işdə üç korrupsiya maddəsi ilə ittiham olunur.

Mediada yayılan məlumatlara görə, məhkəmə İsrailin davam edən hərbi əməliyyatları səbəbindən təxirə salınır. Netanyahu ölkənin müdafiəsini idarə etmək zərurətini əsas gətirir.

//Samir Qurbanov, Editor.az