Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdır – xarici işlər nazirinin müavini Vahan Kostanyanbackend

Ermənistan Türkiyə ilə sərhədləri açmağa hazırdır – xarici işlər nazirinin müavini Vahan Kostanyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ölkənin Türkiyə ilə sərhədi açmağa hazır olduğunu, lakin son qərarın Ankarada olduğunu bildirib. 

Editor.az xəbər verir ki, bu barədə Türkiyənin “Türkiye” qəzeti xarici işlər nazirinin müavininin açıqlamasına istinadən məlumat yayıb. “Həm siyasi, həm də texniki cəhətdən hazırıq; bütün lazımi infrastruktur yaradılıb. Qərar Türkiyənindir.” – Vahan Kostanyan deyib. Kostanyanın sözlərinə görə, Ermənistan və Türkiyə arasında danışıqlar yeni səviyyəyə çatıb və hazırda təkcə diplomatik kanallar vasitəsilə deyil, həm də birbaşa iki ölkənin nazirlikləri və liderləri arasında aparılır.

Xarici işlər nazirinin müavini qeyd edib ki, Azərbaycanla münasibətləri normallaşdırdıqdan sonra Ermənistan Cənubi Qafqazda iqtisadi əməkdaşlığın və ticarətin inkişafına diqqət yetirib.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında diplomatik razılaşma yoxdur və ölkələr arasındakı sərhəd 1993-cü ildən bağlıdır. Normallaşma ilə bağlı danışıqlar 2022-ci ildə bərpa olunub. Həmin ilin yanvar ayında iki ölkənin xüsusi nümayəndələri, Ermənistan Parlamentinin sədr müavini Ruben

Rubinyan və Türkiyə səfiri Serdar Kılıç ilk dəfə Moskvada görüşüblər. İyul ayında Vyanada keçirilən danışıqlar zamanı tərəflər sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaq barədə razılığa gəldilər, lakin bu razılaşma heç vaxt həyata keçirilmədi.

//Samir Qurbanov, Editor.az