ABŞ Hərbi Dəniz Qüvvələrinin esminesi Hörmüz boğazında ABŞ-ın dəniz blokadasını pozmağa cəhd edən İranın “Tuska” yük gəmisini ələ keçirib.
Bu barədə ABŞ prezidenti Donald Tramp aprelin 19-da bildirib. O deyib ki, dayanmaq əmri verildikdən sonra iranlılar əmri qulaqardına vurublar. Bundan sonra esmines gəmiyə hücum edərək mühərrik otağında dəlik açıb. Gəmi hazırda ABŞ dəniz piyadalarının nəzarəti altındadır.
Tramp həmçinin əlavə edib ki, “Tuska” ABŞ Maliyyə Nazirliyinin sanksiyalarına məruz qalıb. ABŞ Mərkəzi Komandanlığı ticarət gəmisinin altı saat ərzində təkrarlanan xəbərdarlıqlara əməl etmədiyini açıqlayıb.
//Samir Qurbanov, Editor.az

