İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, Tehran İranın nüvə proqramının gələcəyini Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) çərçivəsində planlaşdırır.
“İran İslam Respublikasının Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə uyğun olaraq nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ var və İran hakimiyyəti öz gələcəyini bu müqavilə çərçivəsində planlaşdırır.” – Kazem Cəlali deyib.
Səfir “Vedomosti”yə verdiyi müsahibədə Buşehr Atom Elektrik Stansiyasındakı vəziyyətdən də danışıb. Nüvə obyekti İran mütəxəssislərinin səyləri və Rusiya tərəfi ilə əməkdaşlıq sayəsində fəaliyyət göstərir.
Qeyd edək ki, İran NSYM-i 1968-ci ildə imzalayıb və sənəd 1970-ci ildə təsdiqlənib.
//Samir Qurbanov, Editor.az

