Milli Meteorologiya Administrasiyasının məlumatına görə, 7,5 bal gücündə zəlzələdən sonra Yaponiya sahillərində 70 santimetrə qədər dalğaların olduğu sunami baş verib
. Sunami ölkənin şimal-şərqindəki İvate prefekturasında qeydə alınıb. Aomori və Miyagi prefekturalarında və Hokkaydonun cənub sahillərində də 3 metrə qədər dalğa təhlükəsi mövcuddur.
Yaponiya Yayım Korporasiyasının (NHK) məlumatına görə, dalğalar sahildən 5-20 kilometr aralıda aşkar edilib. Yaponiya hökumətinin təcili xəbərdarlığına görə, güclü zəlzələ Tohoku bölgəsinin şimal-şərq sahillərinin şərqində baş verib.
//Samir Qurbanov, Editor.az

