Belarus prezidenti Aleksandr Lukaşenko Qərb qonşularını və Ukraynanı ölkəsinə qarşı təcavüzə qarşı xəbərdar etdi. “Mənim vəzifəm qonşularımı xəbərdar etməkdir: Estoniya, Latviya, Litva, Polşa və bəlkə də müəyyən dərəcədə Ukrayna.
Allah eləməsin ki, onlar Belarusa qarşı təcavüz etsinlər. Biz müharibə istəmirik; onlarla döyüşmək niyyətində deyilik”, – deyə o bildirib.
Lukaşenko iddia edib ki, Belarus təcavüz halında özünü “bütün mövcud vasitələrlə” müdafiə edəcək. “Bu o demək deyil ki, sabah orada hansısa qarşıdurma baş verərsə, bizə qarşı təcavüzün törədildiyi və ya ərazisindən həyata keçirildiyi ölkələrə nüvə silahı ilə zərbə endirəcəyik. Buna qarşı durmaq üçün kifayət qədər başqa silahımız var”, – deyə o bildirib. Lukaşenko xatırladıb ki, Belarus Rusiya ilə müqavilə imzalayıb və Rusiya ona özünü müdafiə etməkdə kömək edəcək. “Bu, asan olmayacaq. Və biz əlimizdə olan hər şeydən istifadə edəcəyik”, – deyə Lukaşenko bildirib.
//Samir Qurbanov, Editor.az

