BMT Ukrayna hərbi əsirlərinin öldürüldüyü qəsəbəyə missiya göndərəcəkbackend

BMT Ukrayna hərbi əsirlərinin öldürüldüyü qəsəbəyə missiya göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT öldürülən əllidən çox ukraynalı hərbi əsirlə bağlı məlumat toplamaq üçün Yelenovskaya qəsəbəsinə öz missiyasını göndərmək niyyətindədir.

Editor.az xəbər verir ki, bunu Lvova səfəri zamanı təşkilatın baş katibi Antonio Quterreş bildirib. Missiyaya braziliyalı general Karlos dos Santos Kruz rəhbərlik edə bilər. Baş katibin sözlərinə görə, dos Santos Kruz milli, beynəlxalq və ictimai təhlükəsizlik sahələrində çalışmış, həmçinin sülhməramlı missiyalardan birinə rəhbərlik edən 40 ildən artıq xidmət keçmiş diqqətli zabitdir.

Quterreş əlavə edib ki, missiya üzvlərinin və Beynəlxalq Qızıl xaç Komitəsinin məhbusların saxlandığı yerlərə təhlükəsiz və təhlükəsiz girişi təmin olunmalıdır. Missiyanın şərtləri və komandanın tərkibi artıq Rusiya və Ukrayna tərəflərinəa təqdim olunub və onlar buna razılıq verməlidirlər. “Biz qəsəbəyə və hər hansı digər müvafiq yerlərə təhlükəsiz girişi təmin etmək üçün lazımi təminatların alınması üzərində işləməyə davam edəcəyik. Daha dəqiq desək, faktaraşdırıcı missiya faktları tapmaqda sərbəst olmalıdır” – Qutterş deyib.

//Samir,Editor.az