Brüssel görüşü və Türkiyədə keçirilən seçkilərin eyni gündə olması təsadüfdür?-AÇIQLAMAbackend

Brüssel görüşü və Türkiyədə keçirilən seçkilərin eyni gündə olması təsadüfdür?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqı prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilməsi gözlənilən görüşün diqqət çəkən məqamlarından biri də Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri ilə eyni günə təsadüf etməsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

Politoloq bildirib ki, sözügedən məsələnin təsadüf olub-olmadığını söyləmək çox çətindir:

“Türkiyədə keçirilən seçkilər təkcə qardaş ölkə üçün deyil, həm də Azərbaycan və bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Belə həssas, önəmli gündə bir o qədər əhəmiyyətli məsələnin Brüsseldə müzakirə olunması diqqət çəkən məqamlardan biridir. Məlum olduğu kimi Vaşinqtonda keçirilən görüşdən sonra həm ABŞ-ın dövlət katibi Entoni Blinkenin, həm də Ermənistan xarici işlər naziri Arorat Mirzoyanın açıqlamalarında bir sıra müsbət məqamlar nəzərə çarpsa da həlledici məqamlarda fikir ayrılıqlarının qaldığı bildirilir”.

Onun fikrincə, istənilən prosesdə münaqişələrdə həlledici məsələlər açar rolunu oynayır:

“Onlar həllini tapmayıbsa deməli fundamental nəticə əldə olunmayıb. Brüsseldə keçirilən görüşdə də bu istiqamətdə müzakirələrin aparılması mümkündür. Ümumi qiymətləndirilmə də aparıla bilər. Görüşdən sonra müsbət nəticələrin əldə edilməsi gözləniləndir. Amma həlledici olması ehtimalı azdır. Ermənistanın qeyri-müəyyən hərəkətləri və regiondakı məsələlər buna əsas verir”.
 
//Safura Bənnayeva, Editor.az