Bu müharibənin ACI PROQNOZU – Ya Ukrayna olmayacaq, ya da Rusiya…backend

Bu müharibənin ACI PROQNOZU – Ya Ukrayna olmayacaq, ya da Rusiya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna itki verir, müharibədən yorulub”.

Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

Gürcü siyasi analtik bildirib ki, müharibəni Ukrayna başlamasa da Ukrayna bitirə bilər:

“Ən ağrılı, itkilərdən başlayaq. Bəli, Ukrayna itki verir, ağır itki verir. Ölkəsinin ən yaxşı, səmimi və fədakar vətənpərvərləri ölür. Hətta bəziləri düşünə bilərlər ki, “cəhənnəm olsun bu ərazilər, axı insan həyatı torpaqdan qat-qat qiymətlidir”. Ancaq alınmır. Çünki Kremlin məqsədi Ukraynanı, bütün ukraynalıları, onlara məxsus hər şeyi məhv etməkdir. Burada söhbət təkcə fiziki məhvdən getmir, Ukraynanın mənəvi dəyərlərini də yox etmək niyyətindədirlər.

Və əgər kimsə deyirsə ki, “bu belə deyil”, açıq-aydın yalan olar. Bu müharibə dağılmaq üçündür – ya imperiya (Rusiya) olmayacaq, ya Ukrayna olmayacaq. Bütün bu proseslərlə yanaşı, eyni zamanda Rusiyanın bütün qonşu ölkələri keçmiş SSRİ sərhədləri daxilində yaşamaq istəmir.

Ukraynanın indi döyüşləri dayandıra biləcəyinə və atəşkəslə bağlı Moskva ilə razılığa gələ biləcəyinə inanmaq böyük səhv olardı. Rusiya hərbçiləri gücü çatana qədər irəliləyəcək və Ukrayna Silahlı Qüvvələri də müqavimət göstərəcək. Moskvadan atəşkəs təklifləri yalnız gücü tükənəndə və fiziki olaraq hücumu davam etdirə bilməyəndə gələcək.

Putinin dostlarının və lazımlı axmaqların indi yayımladığı “sülhməramlı təkliflər”lə bağlı deyə bilərəm ki, onların öz maraqları var. Rusiya ilə həmişəki kimi iş görmək istəyi tam başa düşüləndir. Bu gün hətta Ukrayna ordusunun yenidən silahlanmasında iştirak edən Amerika və Kollektiv Qərbin də öz maraqları var. Hələ Ukraynanın bərpası və müasirləşməsi prosesində iştirak etmək istəklərini demirəm.

Rusiya Federasiyasının yalnız dondurulmuş ehtiyatları 350 milyard dollardır. Rusiyanın zəifləməsinin tərəfdarı olan dövlətlərin strateji marağını unutmayaq. Bəli, bu gün Kremlin düşünülməmiş, ağıslız siyasəti nəticəsində Rusiya bazarı əvvəlki gücünц itirib. Ancaq Rusiyanın hələ də bu ölkəni olduqca cəlbedici edən kifayət qədər təbii sərvətləri var.

Müharibə çətin bir şeydir, həm fiziki, həm də zehni cəhətdən çətindir. Bu müharibəni Ukrayna başlamayıb, ancaq Ukrayna bitirə bilər. Ona görə də hər an hər şey ola bilər”.