Cəlilabadda keçmiş məhkumun qətlə yetirilməsinin TƏFƏRRÜATI – YENİLƏNİBbackend

Cəlilabadda keçmiş məhkumun qətlə yetirilməsinin TƏFƏRRÜATI – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

“Report”un məlumatına görə, hadisə ötən gün axşam saat 20 radələrində Cəlilabad şəhərində baş verib.

Rayon sakini, 1977-ci il təvəllüdlü Mirxəqani Mirnizami oğlu Əhmədov münaqişə zamanı üç bıçaq xəsarəti alıb. O, ətrafdakılar tərəfindən rayon xəstəxanasına çatdırılıb. Lakin, M.Əhmədovun öldüyü məlum olub.

Belə ki, mərhuma döş qəfəsinin sağ və sol yarısının ön səthinin döş boşluğuna, ürəyinə, həmçinin sol bazunun aşağı 1/3 hissəninə xəsarətlər yetirilib. Onun ölümünə ürək nahiyəsindən aldığı xəsarət səbəb olub.

Qeyd edək ki, M.Əhmədov həbsdən yenicə çıxıbmış.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən M.Əhmədovun qətlə yetirilməsində şübhəli bilinən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyat-istintaq tədbirləri həyata keçirilir.

24.10.2023, 21:54

Cəlilabadda qətl törədilib.

APA-nın verdiyi məlumata görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Mirxəqani Mirnizami oğlu Əhmədov ürək nahiyəsindən bıçaq zərbəsi alıb.

O, ətrafdakıların köməyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.