Cığateldən qəzada həlak olan nəvəsi ilə bağlı paylaşım – FOTObackend

Cığateldən qəzada həlak olan nəvəsi ilə bağlı paylaşım – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, şair Cığatel İsaqızının 10 yaşlı nəvəsi Süleyman avtomobil qəzasında dünyasını dəyişib.

Editor.az  axşam.az-a istinadən bildirir ki,  şair hadisədən sonra ilk dəfə paylaşım edib. O, nəvəsinin fotosunu paylaşaraq “Könlüm Süleyman istəyir” şeirini yazıb.

Qeyd edək ki, sözügedən hadisə avqustun 6-da Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən – Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.