Çində zəlzələ: Ən azı 46 nəfər ölübbackend

Çində zəlzələ: Ən azı 46 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində 6,6 bal gücündə zəlzələ baş verib.

Editor.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, dünən yerli vaxtla saat 13:00-da Çinin Sıçuan əyalətində 6,6 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə baş verib. Dövlət mediasının məlumatına görə, azı 46 nəfər ölüb. Yerli media telekommunikasiya xətlərinin zədələndiyini və bəzi dağlıq ərazilərdə sürüşmənin baş verdiyini yazıb.

Qeyd edək ki, Suçuanın paytaxtı Çenqduda 21 milyon insan COVİD-19 səbəbindən keçən həftədən çölə çıxa bilmir. Zəlzələnin episentri bu şəhərdən 226 kilometr cənub-qərbdə yerləşib.

//Gülnarə Abasova, Editor.az