CNN: Bayden Çinlə artan gərginlik fonunda Filippin prezidenti ilə görüşəcəkbackend

CNN: Bayden Çinlə artan gərginlik fonunda Filippin prezidenti ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden iki ölkə arasında təhlükəsizlik və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində davam edən səylər çərçivəsində filippinli həmkarı kiçik Ferdinand Markosla görüşəcək.

Editor.az ” CNN” ə istinadla xəbər verir ki, Bayden Markosu Ağ Evdə qəbul edəcək.

Telekanalın məlumatına görə, iki liderin görüşü mayın 1-də baş tutacaq. Qeyd edildiyi kimi, danışıqların bir hissəsi olaraq Bayden Hind-Sakit okean regionunda Çinlə artan gərginlik fonunda Vaşinqtonun Filippini qorumaq üçün “dəmir öhdəliyini” təsdiqləyəcək.

Birləşmiş Ştatların müvafiq öhdəliyi 1951-ci ildə imzalanmış qarşılıqlı müdafiə sazişində əksini tapıb və bu müqavilədə Amerika tərəfi Manilaya hücum halında yardım edəcəyinə söz verib

Qeyd edək ki, son üç həftə ərzində minlərlə ABŞ və Filippin hərbçisi birgə təlimlərdə iştirak edib və bu yaxınlarda Birləşmiş Ştatlar Filippindən olan iki yüksək səviyyəli diplomatı iki tərəfin təhlükəsizlik məsələsi üçün yol xəritəsini barədə danışıqlar üçün qəbul etdi. Bundan əvvəl isə Xarici İşlər Nazirliyinin Çini Filippinə qarşı təxribatda günahlandırdığı və Manilaya dəstək verdiyi bildirilmişdi.

//Gülnarə Abasova, Editor.az