Co Baydenin Ukraynanın müstəqlllik gününə hədiyyəsi: 3 milyard dollarlıq hərbi yardımbackend

Co Baydenin Ukraynanın müstəqlllik gününə hədiyyəsi: 3 milyard dollarlıq hərbi yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya tarixdə ən böyük – təxminən 3 milyard dollarlıq hərbi yardım paketini açıqlayıb.

Editor.az bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib. “Mən bu günə qədər ən böyük təhlükəsizlik yardımı tranşını elan etməkdən qürur duyuram: silah və avadanlıq üçün təxminən 2,98 milyard dollar”, – ABŞ prezidenti deyib. Bu yardım Ukraynaya hava hücumundan müdafiə sistemləri, artilleriya sistemləri və onlar üçün sursat, uzunmüddətli özünümüdafiə üçün pilotsuz təyyarələr və radarlar əldə etməyə imkan verəcək, – Bayden deyib. O, ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edərək əlavə edib ki, ABŞ onilliklər boyu Ukraynadan demokratik, müstəqil, suveren və firavan bir dövlət olmasına sevinəcək. “Son altı ayda ukraynalılar qeyri-adi cəsarətləri və azadlıq fədakarlıqları ilə bütün dünyanı ruhlandırdılar.

Onlar Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına mətanətlə və qətiyyətlə müqavimət göstərdilər. Bu gün biz təkcə keçmişi qeyd etmirik, həm də təsdiq edirik ki, “Ukrayna qürurla suveren və müstəqil dövlət olaraq qalır və qalacaq”, – Bayden deyib.

  //Samir,Editor.az